Son Xəbərlər
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə

Tanınmış teleaparıcının iki yaşlı qızının ölümü ilə bağlı araşdırmalara başlanıldı

27 sen 2024, 11:30
Tanınmış teleaparıcının iki yaşlı qızının ölümü ilə bağlı araşdırmalara başlanıldı

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəri Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Tanınmış teleaparıcı Həmid Əsədzadənin iki yaşlı qız övladının ölüm səbəbi məlum olub.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, uşağın həyatını itirməsinə səbəb ürəyində yaranan problem olub.

Qeyd edək ki, Həmid Əsədzadə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəridir.

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin iki yaşlı qızı faciəli şəkildə həyatını itirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00-da özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.