Son Xəbərlər
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə

Əkinçilik İnstitutunda Anım Günü ilə əlaqədar tədbir keçirilib

27 sen 2024, 13:17
Əkinçilik İnstitutunda Anım Günü ilə əlaqədar tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 44 Günlük II Qarabağ Müharibəsi Şəhidlərinə və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətandaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbiri institutun direktor müavini Qərib Novruzlu açıb. Kollektiv Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. II Qarabağ Müharibəsində və döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərə həsr olunmuş videoçarx nümayiş olunub. 

Tədbirdə kollektiv üzvlərindən Mehdiyev Mehdi, Sevindik Dünyamalıyev, Yasin Kərimov, Rüfət Mirzəyev, Əsmər Həsənova, Həlimə Məmmədova çıxış ediblər. Çıxış edənlər diqqətə çatdırıblar ki, Vətən müharibəsində minlərlə şəhid canlarından, qanlarından keçib, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. 

Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Tədbirdə qeyd olunub ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq. 

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Xatırladaq ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.