Son Xəbərlər
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə

Vətən müharibəsinin ilk günü baş verənlər - Altı ərazi işğaldan azad edildi

27 sen 2024, 08:41
Vətən müharibəsinin ilk günü baş verənlər - Altı ərazi işğaldan azad edildi

Bu gün Vətən müharibəsinin başlanmasının dördüncü ildönümüdür. Bu gün bizi böyük və şanlı qələbəyə aparan tarixdir.

Məhz bu tarix Azərbaycanın 30 il ərzində düşmən tapdağı altında olan torpaqlarını işğaldan azad etməsi üçün dönüş nöqtəsi oldu. Cəbhədə törədilən erməni təxribatına layiqli cavab verən Azərbaycan Ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğal altında olan ərazilərini mənfur düşməndən təmizlədi.

Qələbəyə doğru gedən yolda şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında əsl tarix yazdı. 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi xəbərlərini aldıqca qəlbimizdəki Vətən nisgilinin yerini sevinc və qürur tutdu.

Müharibənin ilk günü Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları ilə işğal altındakı altı ərazi azad edilib. Azərbaycan Ordusu üç istiqamətdə - Füzuli, Cəbrayıl və Kəlbəcərdə müharibənin ilk uğurunu qazanıb. Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan azad edilib. Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub. Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.

Lakin mənfur düşmən bu dəfə də öz ənənəsinə sadiq qalaraq mülki əhaliyə qarşı cinayətə imza atıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərinə davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutdu. Nəticədə Naftalanda bir ailənin beş üzvü həlak oldu. Düşmənin bu dəfə də eyni ssenari ilə hərəkət etməsi onun faşist mahiyyətini dəyişmədiyini ortaya qoydu.

Erməni təxribatlarının qarşısını almaq üçün sentyabrın 27-də Prezident İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edildi.

Təbii ki, müharibənin ilk günü itkisiz də ötüşmədi. Torpaqlarımızın azadlığı uğrunda qəhrəman əsgərlərimiz, hərbçilərimiz şəhidlik və qazilik mərtəbəsinə yüksəldilər. Bu baxımdan, Prezident İlham Əliyevin 2020-ci ilin 2 dekabrında imzaladığı sərəncama əsasən, hər il sentyabrın 27-si ölkədə Anım Günü kimi qeyd edilir.