Son Xəbərlər
Şamaxının Hacıqədirli kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 132
Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 0,4 % artaraq 2 589 ABŞ
Pakistanda Azərbaycan Ticarət Evinin, eləcə də ortaq Ticarət və Sənaye
İsrail Baş naziri Benyamin Netanyahu yaxın gələcəkdə müdafiə naziri Yoav
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə
35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif
Mütəxəssislər ürək bulanmasının səbəblərindən danışıblar. Liderxeber.az
Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə
Təşkilat Komitəsinin üzvlərinin COP29 tədbirləri çərçivəsində ezamiyyə
banner

Rejissoru vurub qaçan 3 nəfər tutuldu

30 avq 2024, 11:19
Rejissoru vurub qaçan 3 nəfər tutuldu

Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adıgözəli velosipedlə vurub qaçan şəxslər saxlanılıb.

Bu barədə Liderxeber.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqustun 25-i axşam saatlarında E.Adıgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.

Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində rejissorun qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırmalı olub.