Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək

27 avq 2024, 14:09
Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) Palatalar Federasiyası sentyabrın 25-26-da Bakıda II “Körfəz - Azərbaycan" İqtisadi Forumunu təşkil edəcək.

Liderxeber.az  bu barədə federasiyaya istinadən məlumat yayıb.

“Dayanıqlıq, investisiya, tərəfdaşlıq” adlanacaq forumun məqsədi Körfəz ölkələri ilə Azərbaycan arasında bir sıra perspektivli iqtisadi sahələrdə ticarət əlaqələrini inkişaf etdirməkdir”, - məlumatda bildirilib.

Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin dəstəyi ilə təşkil olunacaq.

Federasiyanın prezidenti Faisal bin Abdullah Əl-Ravvas qeyd edib ki, forum Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi və inkişafının, o cümlədən iki tərəf arasında ticarət mübadiləsinin həcminin artırılmasının vacibliyini əks etdirir.

Onun sözlərinə görə, forumda ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, logistika və nəqliyyat, eləcə də iki tərəf arasında ticarət və investisiyaların artımını dəstəkləyən sektorlar da daxil olmaqla bir sıra iqtisadi sahələrdə əsas investisiya imkanları və birgə layihələr təqdim olunacaq.

Əl-Ravvas əlavə edib ki, 2023-cü ildə Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,8 milyard ABŞ dollarına çatıb. Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayələri isə təxminən 7 milyard ABŞ dolları təşkil edib.

O qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları federasiyanı bu cür birgə tədbirlərin keçirilməsinə diqqət ayırmağa sövq edib.

Birinci “Körfəz - Azərbaycan” İqtisadi Forumu 2017-ci ildə keçirilib.