Son Xəbərlər
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili
Həm yay, həm də payız və qış aylarında yetişən almanın sağlamlığımıza bir çox
“Türkiyə kiberhücumlara qarşı hazırdır”. Liderxeber.az-ın Türkiyə müxbirinin
44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb Milli Hidrometeorologiya
Ölkəmizin öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin
Azərbaycan Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə
Bu ilin yekununda Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı
banner

Deputatlığa namizəd Leyla Elman kimdir?

26 avq 2024, 17:31
Deputatlığa namizəd Leyla Elman kimdir?

1 sentyabr 2024-cü tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. 

Bu il ölkəmizdə kifayət qədər aktiv şəkildə təbliğat-təşviqat kampaniyaları ilə yadda qalanlardan biri də 

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd Leyla Orucovadır ki, hər evdə, hər məhəllədə böyük səmimiyyət və inamla qarşılanır.

Seçki kampaniyası ilə sakinlərin ürəyinə yol tapan Leyla Elman qızı Orucova kimdir?

Leyla Orucova 9 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə 16 saylı tam orta məktəbi yüksək qiymətlərlə bitirib. 

Leyla Orucova 1996-cı ildə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində bakalavr, Beynəlxalq Baltik Akademiyasında Avropaşünaslıq fakültəsinin Sosioloq ixtisası üzrə magistr, Moldova İqtisadi Akademiyada Beynəlxaq İqtisadiyyat və İqtisadi Diplomatiya üzrə növbəti magistr təhsilini alıb. Azərbaycan Diplomatik Akademiyasında ixtisas təkmilləşdirmə kursunu bitirib. Rusiya Diplomatik Akademiyasının aspirantı olub. Hazırda klinik psixologiya üzrə təhsilini davam etdirir.

2009-2010-cu illərdə Bakı Slavyan Universitetində Diplomatiya kafedrasında Baş müəllim kimi çalışıb. 

22 illlik diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikasının Latviya, Rusiya, Özbəkistan və Moldova ölkələrindəki səfirliklərində Üçüncü, İkinci, Birinci və Müşavir vəzifələrində çalışıb. 

Xidmət dövründə yüksək səviyyəli məmurların səfərlərinin təşkilində, nüfuzlu konfrans və görüşlərin hazırlanmasında yaxından iştirak edib, diaspora tərəfindən soydaşlarımıza göstərdiyi qayğı və diqqətə görə təşəkkürlər alıb.

Dünyanın 8-dən çox ölkəsində çoxsaylı xarici təcrübə proqramlarında, təhsil sahəsində beynəlxalq seminar və təlimlərdə iştirak edib.

Leyla Orucova Diplomatik Xidmət Orqanlarının 90 illik döş nişanı və 100 illik yubiley medalı ilə təltif edilib.

Eyni zamanda "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası "Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi" İB tərəfindən Gənclərə vətənpərvərlik ruhunu aşılamasında göstərdiyi xidmətə görə fəxri fərmana layiq görülüb. 

Leyla Orucova LED & CONNECTIONS MMC-nin təsisçisi və rəhbəri olaraq, mütəmadi olaraq qazilərimizə xaricdə təhsil almalarına təmənnasız köməklik göstərir. İl ərzində ehtiyaclı tələbələrin təhsil haqqlarının ödənməsinə köməklik edir. İnner Wheel Elite Absheron Beynəlxalq Qadınlar Klubunun sədri olaraq çox saylı xeyriyyə aksiyalarında iştirak edir. 

Hazırda aktiv sosial fəaliyyətdəyini yüksək səviyyədə davam etdirir.