Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Prezidentdən Qarabağa müttəfiq köməyi ilə bağlı - Tapşırıq

24 avq 2024, 09:08
Prezidentdən Qarabağa müttəfiq köməyi ilə bağlı - Tapşırıq

“Qarabağda işlərlə bağlı, tikintiyə töhfənizə görə sağ olun. Həmçinin iqtisadiyyat nazirinə tapşırıram ki, sizin köməyinizlə daha hansı layihələrin reallaşdırıla biləcəyi nəzərdən keçirilsin

Liderxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib.

“Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır. Bu ilin sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki, 10 milyard dollardan az olmayacaq. Praktik olaraq, elə bu yaxınlarda mənzillərin tikintisinə başlamışıq, yəni, hər şey əsasən infrastruktura yönəldilib. Mənzillərin tikintisi isə kütləvi şəkildə başlayıb. Biz artıq qayıtmaq istəyən 100 min nəfərdən 8 mindən bir qədər çoxunu yerləşdirmişik. Yəni, zənnimcə, mənzil tikintisi bütün infrastruktur başa çatdıqdan - 2026-cı ildən sonra olacaq, bu, əsas istiqamətə çevriləcək. Ona görə də bütün layihələr üzrə bizdə qərargah, təşkilat komitəsi var. İqtisadiyyat Nazirliyi investisiya layihələri ilə məşğul olur. Bu səbəbdən əlaqə saxlayın, düşünürəm ki, bizim növbəti görüşümüzdə siz hansı layihələrin həyata keçirildiyini deyə biləcəksiniz”, - Azərbaycan lideri qeyd edib.