Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az

COP29-da dünyada atəşkəsə çağırış ediləcək

21 avq 2024, 15:02
COP29-da dünyada atəşkəsə çağırış ediləcək

“COP prosesində bütün əsas qərarlar yekdilliklə qəbul edilməlidir. Yekdillik şərti olmayan, lakin iqlim sahəsində bizi irəliyə aparacaq təkliflər də müzakirə ediləcək”.

Liderxeber.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu xüsusda 14 təklif irəli sürüb:

“Bu təkliflərin həyata keçirilməsi üçün yekdillik tələb olunmur. Bunları bəzi ölkələr və yaxud da şirkətlərlə həyata keçirə bilərik. Azərbaycanın təklifi ilə müzakirə ediləcək məsələlər içərisində iqlim maliyyələşməsi, energetika, kənd təsərrüfatı, su qaynaqları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resurslarına dair mövzular var. İqlim və sülh arasında qarşılıqlı əlaqə də Azərbaycanın təkliflərinə daxildir. COP29-da olimpiadalarda olduğu kimi bütün dünyada atəşkəsə çağırış edəcəyik”.