Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb

21 avq 2024, 12:01
Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb

2024-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb.

Liderxeber.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artıb. Belə ki, 2023-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 593 yeni iş yerləri yaradılıb.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 299, Şuşada isə 232 yeni iş yeriləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.

Aşağıdakı cədvəldə 2024-cü ilin I yarımilində yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib.

Azad edilmiş rayonlar Yeni yaradılmış iş yerləri, təşkilat və fərdi sahibkarların sayı
İş yerlərinin sayı təşkilatların sayı Fərdi sahibkarın sayı
Ağdam 103 24 524
Füzuli 37 19 371
Xocavənd 14 2 29
Şuşa 232 13 61
Cəbrayıl 38 27 132
Kəlbəcər 42 7 229
Qubadlı 24 7 80
Laçın 299 19 195
Zəngilan 29 11 60
Xocalı 3 11 42
Xankəndi 15 18 3
Ağdarə 4 1 0