Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

“Keyfiyyət bizim həyatımızdır” şüarını əsas tutan müəssisə

20 avq 2024, 15:18
“Keyfiyyət bizim həyatımızdır” şüarını əsas tutan müəssisə

Dayanıqlı inkişaf məqsədləri arasında ekosistem və onun yaxşılaşdırılması istiqamətində addımlar atılması ilə bağlı məqamlar çoxdur. Onlardan biri də ətraf mühitin qorunması və bəzi tullantıların yenidən emala cəlb olunmasıdır.

Tullantıların yenidən emal edilməsi bir çox sahədə müsbət irəliləyişə səbəb olur. Xüsusilə kağız və karton tullantıların yenidən emal olunması birbaşa təbiətin, ekosistemin mühafizəsi üçün mühüm addımdır. Bu istiqamətdə aparılan işlərdən danışarkən ilk olaraq ağıla gələn şirkət “Azərsun Kağız və Kimya İstehsalı Korporasiyası”dır (AKKİK). XX əsrin sonlarından fəaliyyətə başlayan müəssisə ölkə ərazisində kağız tullantıların toplanması, toplanan tullantı kağızlardan karton istehsalında xammal olan kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlı büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız yumurta kasetlər istehsal edir. Emal sahəsi geniş olan AKKİK ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. kimi məhsullarla da bazarı təmin edir.

“Keyfiyyət bizim həyatımızdır” şüarını əsas tutan müəssisə bir sıra dəyərləri özünə məqsəd qoyub. Bu məqsədlərə çatmaq üçün də peşəkar işçi qrupu ilə çalışır.