Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər gətirildi

19 avq 2024, 13:43
Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər gətirildi

“Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib”.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, meymunçiçəyi (yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus), əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. İnfeksiyanın rezervuarına  bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir: “Virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir. Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla  baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır”.

İnfeksionist qeyd edib ki, virusun gizli  dövrü  adətən  5 - 21 gündür. 5 günədək davam edə bilən başlanğıc  dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir. Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır: “Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10% arasında dəyişir. Əsasən risk qrupları arasında ( kişik yaşlı uşaqlar, hamilə qadınlar. Immundefisitli şəxslər) rast gəlir. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar olunması və təcrid olunmasıdır.

Məlumat verildiyi kimi ölkəmizdə  mpox infeksiyasına yoluxma  halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyatlı Qurumlar  tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır”.

T.Eyvazov əlavə edib ki, meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə vaksinlər az miqdarda istehsal olunur və  yalnız bu virusa endemik ölkələrə paylanılır.