Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

Rusiyanın Azərbaycanda Baş konsulluğu açılacaq?

19 avq 2024, 10:50
Rusiyanın Azərbaycanda Baş konsulluğu açılacaq?

“Azərbaycanda Rusiyanın Baş konsulluğu açıla bilər, hazırda bu məsələ müzakirə mərhələsindədir”.

Liderxeber.az xəbər verir ki, bunu diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində danışıb.

Jurnalistin “Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Qriqoriy Karasin daha əvvəl bildirib ki, tezliklə Rusiyanın Xankəndidə Baş konsulluğunun açılmasına hazırlıq işləri başlayacaq. Qarabağda Rusiyanın Baş Konsulluğunun nə vaxt açılacağına dair məlumat varmı?” sualına cavab verən diplomat qeyd edib:

“Rusiya Federasiyası konsulluğun açılması arzusunu dilə gətirib, çünki bizim Rusiyada iki - Yekaterinburq və Sankt-Peterburqda Baş konsulluğumuz var. Rusiyanın ölçülərini və sizin ölkədə yaşayan azərbaycanlıların sayını nəzərə alsaq, bu təbiidir. Lakin Azərbaycanda isə konsulluqların fəaliyyəti üçün sahə daha məhduddur. Bununla belə, bu istiqamətdə iş aparılır, müxtəlif variantlar təklif edilir. Bu məsələ müzakirə mərhələsindədir”.