Son Xəbərlər
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,

Şamaxıda III Üzüm və Şərab Festivalı keçiriləcək

14 avq 2024, 10:45
Şamaxıda III Üzüm və Şərab Festivalı keçiriləcək

Sentyabrın 7-8-də Dövlət Turizm Agentliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində III Üzüm və Şərab Festivalı keçiriləcək.

Liderxeber.az xəbər verir ki, tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır.

Festivalda iştirak etmək istəyənlərin Bakıdan - Heydər Əliyev Mərkəzinin qarşısından Meysəriyə aparılıb-gətirilməsi təşkil olunacaq.

Festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanacaq, onlara müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq, yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılacaq. Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablar nümayiş etdirəcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcək.

Üzüm və Şərab Festivalı həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Festivalın məkanı kimi Şamaxının seçilməsi təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla, şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət proqramları icra edilir. Üzüm və Şərab Festivalı kimi tədbirlər isə dövlətin bu istiqamətdəki siyasətinə önəmli dəstəklərdəndir.