Son Xəbərlər
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə

Polad Bülbüloğlunu Elmar Məmmədyarov əvəz edəcək? - Açıqlama

13 avq 2024, 15:34
Polad Bülbüloğlunu Elmar Məmmədyarov əvəz edəcək? - Açıqlama

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin olunacağı ilə bağlı məlumat yayılıb.

Liderxeber.az xəbər verir ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdən sonra E.Məmmədyarovun səfir kimi Moskvaya göndəriləcəyi iddia edilib.

Lakin Elmar Məmmədyarov Musavat.com-a açıqlamasında xəbəri təkzib edib:

“Polad Bülbüloğlunu artıq seçmisiz? (Gülür). Nəyə əsaslanaraq bu barədə xəbərin yazılması haqda məlumatım yoxdur. Kim mənə səfir olacağım barədə təklif edib? Ortada bir şey yoxdur. Yalnız jurnalistlər yazırlar. Mənim üçün də çox maraqlıdır, zəng vurun soruşun, mənbəni haradan götürüblər... Əvvəlcə Polad Bülbüloğu deputat seçilməlidir, sonra bu məsələyə toxunmaq olar. Məni səfir görmək istəyirsizsə, sizin əlinizdə olsaydı, mən deyərdim, hə (Gülür). Amma bilirsiniz sistem necə işləyir. Mənə təklif olunandan sonra bu məsələyə baxmaq olar. Məsələni həll etmək üçün məsələ yetişməlidir, ortaya çıxmalıdır”.

Qeyd edək ki, Elmar Məmmədyarovun səfir təyin ediləcəyi barədə məlumatı ilk olaraq Demokrat.az saytı yayıb.

Xatırladaq ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.