Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Bu rayonlara leysan yağıb

11 avq 2024, 17:52
Bu rayonlara leysan yağıb

Avqustun 11-i saat 17:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, əsasən Daşkəsən, Balakən, Zaqatala, Gədəbəy, Şəki, Qax, Qusar rayonlarında arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Neftçala, Culfada 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Daşkəsən, Sarıbaş (Qax), Laza (Qusar), Şahdağda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.