Son Xəbərlər
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Rəna Hümbətova
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili
banner

ABŞ administrasiyası Azərbaycanın maraqlarını nəzərə almayan məqsədlər müəyyən edib

08 avq 2024, 15:16
ABŞ administrasiyası Azərbaycanın maraqlarını nəzərə almayan məqsədlər müəyyən edib

ABŞ-nin hazırkı administrasiyası tam olaraq Ermənistan mərkəzli, Azərbaycanın maraqlarını nəzərə almayan məqsədlər müəyyən edib.

Bunu açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov deyib.

O, 2-3 avqustda ABŞ-yə məxsus iki hərbi təyyarədə gizli yollarla Ermənistana yeni nəsil silahların göndərilməsi məsələsinə münasibət bildirərək qeyd edib ki, Rusiya sistemi ilə idarə olunan Ermənistan ordusunda hazırda ABŞ sistemi tətbiq edilir:

"Fakt olaraq biz ABŞ-Ermənistan hərbi təlimini gördük, rəsmi şəkildə bu hərbi təlimin məqsədi kimi hərbi uyğunluq göstərildi. Görünən odur ki, həm idarəetmə sistemlərində, həm də hərbi silahların istifadəsində ABŞ və Ermənistan arasında münasibətlər formalaşıb. Bu isə o deməkdir ki, Rusiya sistemi ilə idarə olunan Ermənistan ordusunda ABŞ sistemi tətbiq edilir və Ermənistan hərbçiləri ABŞ istehsallı silahlarla hazırlıq keçirlər. Bunu həyata keçirmək üçün təbii olaraq Ermənistana ABŞ istehsalı olan silahlar gətirilməli idi".

Politoloq vurğulayıb ki, ABŞ-nin məqsədləri arasında Ermənistana dəstək və Qarabağ erməniləri məsələsini gündəmdə saxlamaq əsas yer tutur:

"Sözügedən təyyarələrin dolu gəlib boş qayıtmasını yoxlamaq çox çətindir. Amma bilirik ki, məhz hərbi təlimlərdən sonra ABŞ Dövlət Departamenti Ermənistan Müdafiə Nazirliyində ABŞ-dən gələn məsləhətçilər qrupunun fəaliyyət göstərəcəyini bəyan edib. Həmin məsləhətçilər qrupu uyğunluğu dərinləşdirmək, silahların istifadəsi ilə bağlı işi artırmaq üçün gəlirlər. Buna çox ciddi yanaşmaq lazımdır. ABŞ-nin hazırkı administrasiyası açıq şəkildə bildirir ki, onun Ermənistana kömək etmək, Qarabağ erməniləri mövzusunu gündəmdə saxlamaq kimi məqsədi var və bu məqsədlərə görə fəaliyyət göstərir.

Cari ildə Ermənistana dəstək yönündə bir sıra hadisələr baş verib. Məsələn, aprelin 5-də Brüsseldə ABŞ, Ermənistan və Avropa İttifaqı arasında sənəd imzalandı, Ermənistana 100 milyonlarla dollar yardım göstərildi. Həmçinin, Qarabağ erməniləri ilə bağlı "Freedom House" və digər təşkilatlarda mövzu gündəmdə qalsın deyə hesabatlar hazırlanır. Bunların hamısı erməni mərkəzli maraqların göstəricisidir".