Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

FHN-in Sumqayıt Regional Mərkəzində müşavirə keçirilib

08 avq 2024, 11:04
FHN-in Sumqayıt Regional Mərkəzində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə “Ehtimal edilən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda müşavirə keçirib.

Liderxeber.az xəbər verir ki, müşavirədə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, FHN-in yerli qurumlarının, şəhərin hüquq-mühafizə orqanlarının, iri sənaye və istehsalat müəssisələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Mərkəzin binasındakı büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Müşavirədə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda qüdrətli dövlətə çevrildiyini bildirib.

Sözünə davam edən Mərkəzin rəisi diqqətə çatdırıb ki, iqlim dəyişikliynə səbəb olan dünya sənayesinin inkişafı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqətin ayrılmasını tələb edir. Bu kontekstdə Sumqayıt şəhərində yerləşən iri sənaye və istehsalat müəssisələrində keçirilmiş monitorinqlərin nəticəsi barədə geniş məlumat verib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında ətraf mühitin qorunması ilə bağlı dövlət tərəfindən atılan addımlar və Sumqayıt şəhərində görülən işlərdən danışıb, ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayıb. İcra başçısı çıxışında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Cəmil Xudiyev çıxış edərək məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzlarının və hidrantlarının bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı iri sənaye və istehsalat müəssisələrinin, insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti barədə məlumat verib.

Sonra müşavirədə çıxış edənlər səsləndirilən problemlərin həllinə dair təkliflər səsləndiriblər.

Müşavirənin sonunda Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və avadanlıqlarına baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında məlumat verilib.