Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

06 avq 2024, 16:46
Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (Baktelekom) MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqusta qədər olubsa, növbəti hesablama dövrünə qədər heç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəcəklər.

Bu barədə Liderxeber.azn sorğusuna cavab olaraq “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lərdən bildirilib.

“Məsələn, abunəlik müddəti 10 avqust tarixində yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş etmədən əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq.

Həm “Aztelekom” MMC-nin, həm də “Bakı Telefon Rabitəsi” MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqust və sonrakı tarixlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq”, - məlumatda deyilir.

Xatırladaq ki, bu ayın 15-dən GPON tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıcaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.