Son Xəbərlər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları artırılıb.
Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi
Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili
Sentyabrın 13-dən 15-dək Bakıda keçiriləcək Formula 1 Qran-Prisi öncəsi bəzi
Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb. Liderxeber.az
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa
Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun
Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış
banner

Agentlik: İşdən çıxarılan hər müəllimin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq

31 iyl 2024, 17:07
Agentlik: İşdən çıxarılan hər müəllimin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq

"Müəllimlərin işə qəbulu imtahanında əvvəlki illərlə müqayisədə ibtidai sinif üzrə vakant yerlərin sayı daha çoxdur"

Liderxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10500 vakant yer təqdim edilib:

" Sertifikasiyadan sonra ümumilikdə 4300-dən çox müəllim işdən çıxarılıb. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".

O əlavə edib ki, buna görə də hər işdən çıxarılan hər müəllimin yerinə başqa təhsilverən götürülməyəcək:

"Məktəbdə fəaliyyət göstərən aidiyyatı fənn müəllimlərinin dərs saatları artırılacaq".

O deyib ki, müəllimlərin işə qəbulu imtahanında ibtidai sinif və Azərbaycan dili fənni üzrə vakansiyaların sayı ötən illə müqayisədə daha çoxdur:

"Bunun başlıca səbəbi müəllimlərin sertifikatlaşdırması prosesinin nəticəsidir. Müəllimlərin təkrar sertifikatlaşdırmasında uğur qazana bilməyən 4 min 300-dən çox müəllimin müqaviləsinə xitam verilib. Bu saylar ibtidai sinif və Azərbaycan dili fənləri üzrədir. Amma işdən çıxarılan hər müəllimin əvəzinə mütləq vakansiya yaradılmayacaq. Aparılan təhlillər göstərir ki, ölkə üzrə ehtiyac duyulandan daha çox müəllim ümumi təhsil müəssisələrində fəaliyyət göstərir. Bu təhlillər xüsusilə ibtidai sinif müəllimlərinə aiddir. İşdən çıxmış müəllimin əvəzinə yaranmış vakansiya ştatlarının həmin məktəbdəki digər müəllimlər arasında paylanması planlaşdırılır. Bu il ibtidai sinif üzrə ümumilikdə 712 vakansiya, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə isə 563 vakansiya təqdim olunub".