Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı yeni fəaliyyət proqramı hazırlanır

30 iyl 2024, 12:08
Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı yeni fəaliyyət proqramı hazırlanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya sisteminin təşkili və fəaliyyəti qaydalarına dair geniş fəaliyyət proqramı hazırlayır.

Liderxeber.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, komitə ərazilərin planlaşdırılması zamanı təbiətəsaslı həllərin tətbiq edilməsi, ictimai məkanların ərazilərinin artırılması kimi müasir yanaşmalar həyata keçirir:

"Bakı və digər şəhərlərin baş planlarının hazırlanması zamanı ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə fəaliyyətə rəqəmsal tikinti sektorunun inkişafı, resurslardan səmərəli istifadə daxildir. Tikintidə enerji səmərəliliyi, günəş istilik sistemlərinin quraşdırılmasına diqqət ayrılır".