Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Bakıda Böyükşor gölü üzərində pilot günəş enerjisi qurğusu istismara verilib

30 iyl 2024, 10:43
Bakıda Böyükşor gölü üzərində pilot günəş enerjisi qurğusu istismara verilib

Energetika Nazirliyi və Asiya İnkişaf Bankının (ADB) həyata keçirdiyi “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.

Liderxeber.az bu barədə nazirliyə istinadən xəbər verir.

Tədbirdə çıxış edən qurumun Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə ölkəmizin verdiyi töhfələrdən danışıb. Prezident İlham ƏIiyevin bərpa olunan enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq reallaşdırılan meqa layihələrə diqqət çəkib, Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsilə 6 ayda günəş enerjisi istehsalının 8 dəfədən çox artdığını bildirib: “95 kVt-ı suda, 5 kVt-ı quruda quraşdırılan layihə vasitəsilə illik 160 000 kVt/saatdan çox elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Layihə, özəl investisiyaların cəlb olunması üçün çağırış rolunu oynayır və genişləndirilməsi ilə bağlı müzakirələrə artıq start verilib”.

Daha sonra çıxış edən ADB-nin Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan deyib ki, ADB regional layihə çərçivəsində Azərbaycanda su üzərində günəş enerjisindən istifadənin inkişafı üçün texniki dəstək verir: "COP29 tədbiri ərəfəsində bu innovativ qurğunun işə salınmasının əhəmiyyəti böyükdür. Pilot layihə kiçik miqyasda həyata keçirilsə də, Azərbaycanda daha bir yaşıl enerji mənbəyinə çevrilir, su və günəş resurslarından birgə istifadəni optimallaşdırır, enerji kompleksini şaxələndirir və emissiyaların qarşısını alır”.

Layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkil edilməsi də nəzərdə tutulur.