Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Orta Dəhlizlə yükdaşımalar 65 % artıb

29 iyl 2024, 10:15
Orta Dəhlizlə yükdaşımalar 65 % artıb

Bu ilin I yarısında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 65 % artaraq 2,1 milyon ton olub.

Liderxeber.az bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bundan əvvəl Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev bildirmişdi ki, bu il TBNM vasitəsilə daşımaların həcminin 4,2 milyon tona çatdırılması planlaşdırılır. 2023-cü ildə TBNM ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə yenə də 65 % artaraq 2,7 milyon ton təşkil edib.

Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.