Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur

22 iyl 2024, 18:00
Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur

"Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur".

Liderxeber.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib."MEDİA olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib.

Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb. Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətdə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub", - deyə Əhməd İsmayılov vurğulayıb.