Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Hesablama Palatasının ən çox pozuntu aşkarladığı hallar açıqlanıb

22 iyl 2024, 16:36
Hesablama Palatasının ən çox pozuntu aşkarladığı hallar açıqlanıb

Hesablama Palatası bu ilin birinci yarısında aparılan kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri zamanı ən çox rast gəlinən pozuntuları açıqlayıb.

Liderxeber.az Palataya istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:

Dövlət büdcəsinin xərcləri üzrə müvafiq sifarişlərə uyğun açılmış maliyyələşməyə nisbətən bəzi büdcə təşkilatlarında icra göstəricisinin aşağı olması;

2023-cü ilin dövlət büdcəsindən ayrılmış və qurumların bank və akkreditiv hesablarında saxlanılan qalıqların əhəmiyyətli hissəsinin 2024-cü ilin ilk yarımilində də icra olunmaması;

büdcə vəsaitlərindən istifadə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş vahid büdcə təsnifatının tələblərinin gözlənilməməsi;

qurumlar tərəfindən tədbirlərin keçirilməsi zamanı bəzi hallarda iş və xidmətlərin alınmasından sonra satınalma prosedurlarının keçirilməsi və ya rəsmiləşdirilməsi;

beynəlxalq tədbirlərin keçirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları” ilə müəyyən edilmiş normalara (yemək, hədiyyə, və s.), habelə iştirakçı sayı ilə bağlı məhdudiyyətlərə riayət olunmaması fonunda artıq xərclərə yol verilməsi;

qurumun hüquqi aktlarla müəyyən edilmiş funksional fəaliyyətinə aid olmayan istiqamətlərdə vəsaitlərin xərc edilməsi;

tikinti sahəsində görüləcək işlərin dəyərinin hesablanması metodologiyasında boşluqların olması;

dövlət büdcəsinin investisiya xərcləri hesabına icra edilən bəzi layihələr üzrə maliyyələşmələrdə yaranan fasilələr, habelə keçid layihələr üçün tələb olunan vəsaitin tam maliyyələşdirilməməsi nəticəsində başa çatdırılmamış tikililərinin dəyərinin artması;

müqavilə və layihə-smeta sənədlərində nəzərdə tutulmayan işlərin “İşlərin qəbulu haqqında Akt”lara (Forma №2) daxil edilərək layihə-smeta və müqavilədə nəzərdə tutulmuş işlərlə əvəzləşdirilməsi və ya iş həcminin azaldılması fonunda müqavilə məbləğinin dəyişməz qalması;

tikintisi başa çatmış və istismara hazır olan obyektlərin istismara qəbulunun ləngiməsi nəticəsində mühasibat uçotunda aktivlərin dəyərinin düzgün təsnifləşdirilməməsi;

büdcədənkənar fəaliyyət üzrə potensialdan tam istifadə edilməməsi, büdcədənkənar vəsaitlərin hüquqi aktların müəyyən etdiyi çərçivəyə uyğun olmadan istifadə edilməsi.

Altı ayın yekununda 14 nəzarət tədbirinin, o cümlədən 12 audit (11-i uyğunluq, 1-i maliyyə auditi olmaqla), 1 analitik fəaliyyət və 1 monitorinqin nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilib. Bunlardan 4-ü (3 audit və 1 analitik fəaliyyət) Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən keçirilib. Başa çatdırılmış uyğunluq və maliyyə auditlərinin 75%-də toplanmış audit sübutları, həmçinin təqdim edilmiş məlumatlar yetərli və müvafiq olmaqla, nəticə, rəy, təklif və tövsiyələrin formalaşdırılması üçün kafi əminliyi təmin edib.