Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

22 iyl 2024, 11:15
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb. 

Bu mərhələdə iştirak etmiş 55 namizəddən zəruri keçid balı toplamış 39 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.

İyul ayının 29-dan etibarən başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

Namizədlərə icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamaları bildirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).

Söhbət mərhələsində uğur qazanaraq icbari təlimə cəlb olunan namizədlərin siyahısı ilə https://justice.gov.az/news/3796 linkə keçid edərək tanış olmaq mümkündür.