Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub

21 iyl 2024, 12:17
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub

İyulun 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən xəbərə görə, iyulun 21-i saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 10 mm, Göygöldə 9 mm, Gədəbəydə 8 mm, Qrız, Şahdağ, Culfada 7 mm, Daşkəsəndə 6 mm, Ordubadda 5 mm, Xaltan, İsmayıllı, Şahbuzda 4 mm, Qax (Sarıbaş), Xınalıq, Altıağac, Sədərək, Yardımlı, Lənkəran, Şamaxı, Quba, Qusar, Bərdə, Tərtər, Yevlax, Göyçay, Astara, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Xaçmaz, Şabran, Tovuz, Ağdam, Balakən, Zaqatala, Şəki, Qobustan, Gəncə, Naftalanda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Lerik, Daşkəsən, Şahdağ, Qrız, Balakəndə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.