Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Azərbaycan turizmi bazara niyə müasir vasitələrlə çıxa bilmir?

18 iyl 2024, 16:40
Azərbaycan turizmi bazara niyə müasir vasitələrlə çıxa bilmir?

Hər bir sahədə olduğu kimi, turizmdə də uğur qazanmaq, bu sahəni inkişaf etdirmək üçün müasir vasitələrdən istifadə olunması vacibdir.

Bu baxımdan onlayn rezervasiya və rəqəmsal marketinq xüsusi qeyd olunmalıdır.

Bununla belə, təcrübə göstərir ki,Azərbaycan turizmi bazara çıxmaq üçün müasir vasitələrdən elə də istifadə etmir, məhsul və xidmətlərini kor-koranə təqdim edir. Liderxeber.az bunun səbəblərinə aydınlıq gətirməyə çalışıb.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi deyir ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün onlayn rezervasiya və rəqəmsal marketinq sahəsində ciddi islahatlar və yeni yanaşmalar tələb olunur: “Bu prosesdə yerli bazarın mənafeyinin qorunması, rəqabət qabiliyyətinin artırılması və turizm obyektlərinin daha geniş onlayn təmsil olunması kimi məsələlər əsas prioritetlərdir. Turizm obyektlərinin onlayn rezervasiya sistemlərində, xüsusən də "Booking", "Airbnb" kimi platformalarda kifayət qədər təmsil olunmaması və rəqəmsal marketinq sahəsində çatışmazlıqların olması sektorda irəliləyişə mane olur”.