Son Xəbərlər
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili
Həm yay, həm də payız və qış aylarında yetişən almanın sağlamlığımıza bir çox
“Türkiyə kiberhücumlara qarşı hazırdır”. Liderxeber.az-ın Türkiyə müxbirinin
banner

Azərbaycanın da iştirak etdiyi "Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - VİDEO

17 iyl 2024, 17:22
Azərbaycanın da iştirak etdiyi "Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - VİDEO

Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi başa çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Tacikistan respublikalarının hərbi rəhbərliyi Xəzər dənizinin akvatoriyasının Tokmak burnuna gələrək təlimin sonuncu taktiki epizodunu izləyib.

Təlim iştirakçıları Xəzər dənizinin sahilyanı sahəsinin akvatoriyasında qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetiriblər. "Birləşdik - 2024" təlimində qarşıya qoyulan tapşırıqlar müasir döyüş üsulları nəzərə alınmaqla bütün qoşun növləri üzrə təlimə cəlb edilən şəxsi heyət tərəfindən yüksək peşəkarlıq və dəqiqliklə icra edilib.

Ssenariyə uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu qəzaya uğramış döyüş helikopterin şəxsi heyətinin döyüş sahəsindən təxliyəsini həyata keçirib. Təlimin taktiki epizodu başa çatdıqdan sonra beynəlxalq təlimə cəlb edilən döyüş texnikası və aviasiya vasitələrinin təntənəli keçidi olub.

Daha sonra "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib. İştirakçı dövlətlərin hərbi rəhbərləri mərasimdə çıxış edərək ümumilikdə təlimin gedişatını, müasir döyüş texnikası və vasitələrindən təlim iştirakçılarının effektiv istifadə etmə bacarığını və hərbi qulluqçuların peşəkarlığını müsbət qiymətləndiriblər. 15 ölkənin hərbi ataşelik aparatının nümayəndələrinin də iştirak etdiyi təntənəli mərasimdə bir qrup hərbi qulluqçu medal və qiymətli hədiyyələrlə təltif edildikdən sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə ölkəmizi təmsil edən şəxsi heyətlə görüşüb, beynəlxalq təlimdə yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb. Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil edib.