Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

16 iyl 2024, 09:47
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1134,1 min ton süd, 1189,1 milyon ədəd yumurta, 13,8 min ton yun, 239,5 ton barama istehsal olunub.

Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd istehsalı 1%, yumurta istehsalı 7,4% artıb, yun istehsalı 1,6%, barama istehsalı isə 32,8% azalıb.

Qeyd edilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub.

İribuynuzlu mal-qaranın 49,5%-ni inək və camışlar təşkil edir. Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 45 min ton (keçən ilin yanvar-iyun aylarında 40,3 min ton) quş əti və 584,2 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 510,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11563,3 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 127 ədəd yumurta alınıb.