Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

BMTİP və Azərbaycan COP29-dan öncə iqlimlə bağlı fəaliyyətlərin artırılmasının zəruriliyini qeyd edir

15 iyl 2024, 17:21
BMTİP və Azərbaycan COP29-dan öncə iqlimlə bağlı fəaliyyətlərin artırılmasının zəruriliyini qeyd edir

BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti qarşıdan gələn COP29 Konfransının prioritetlərinə, həmçinin qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq üçün fəaliyyətlərin genişləndirilməsinin zəruriliyinə dair müzakirələr təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycan hökumətinin ev sahibliyi ilə Bakıda keçiriləcək.
“İnkişaf etməkdə olan tərəf ölkələrin ehtiyac və prioritetləri nəzərə alınmaqla, iqlim maliyyəsinin yeni məqsədi ədalətli və iddialı olmalı, iqlim böhranının aktuallığı və miqyasına uyğun gəlməlidir.

İkiillik Şəffaflıq Hesabatları öhdəliklər üzrə irəliləyişin izlənməsi, etimad və inamın yaradılması, habelə boşluqlar və maliyyə ehtiyaclarının qiymətləndirilməsi üçün vacibdir”, - deyə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev qeyd edib.

Bu gün dünyada hər il atmosferə qırx gigatondan artıq karbon qazı buraxlır. Bu sürətlə planetimiz tezliklə 1,5 dərəcə həddini keçəcəkdir. Ölkələrin milli iqlim planları və ya gələn il üçün Milli Səviyyədə Müəyyən edilən Töhfələr (NDCs) bu fəlakətin qarşısını almaq üçün olduqca əhəmiyyətlidir. BMTİP özünün İqlim Vədi təşəbbüsü ilə 100 inkişaf etməkdə olan ölkənin ikinci təftiş dövrü ərzində təkmilləşmiş NDC-ləri təqdim etməsinə dəstək olur. Bu ölkələrin 91%-i istixana qazı emissiyalarının azaldılması üzrə hədəflərə nail olub, 93% isə uyğunlaşma hədəflərini gücləndirə bilib.

BMT/BMTİP-nin Brüssel Ofisinin direktoru Kamilla Brükner qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı son ictimai rəy sorğusuna əsasən, qlobal miqyasda insanların 80%-i və ya hər beş nəfərdən dördü öz hökumətlərinin iqlim böhranı ilə mübarizə üçün daha qətiyyətli addımlar atmasını istəyir: “Bugünkü kollektiv səylərimiz sabahın dünyasını formalaşdırır. Biz ölkələri iqlimlə bağlı fəaliyyət səylərini gücləndirməkdə dəstəkləməyə hazırıq”.

Müzakirələr zamanı Paris Sazişinin məqsədlərinə uyğun olaraq, milli iqlim fəaliyyətlərini gücləndirməklə ölkələrin daha iddialı hədəflər müəyyən etmələrinin zəruriliyi və icra prosesində dövlət və özəl maliyyələşdirmənin və innovativ yanaşmaların rolu vurğulanıb.
İqlim dəyişikliyinin ən həssas təbəqələrə təsirini nəzərə alaraq, çıxışçılar iqlimlə mübarizə səylərində hərtərəfli töhfə və liderliyin təmin edilməsi üçün təmsilçiliyi məhdud olan qruplarla, o cümlədən qadınlar, yerli icmalar və gənclərlə əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.

BMTİP Azərbaycanda hərtərəfli iqlim fəaliyyətinin əsasını qoyacaq Milli Uyğunlaşmanın Planlaşdırılması prosesində hökumətə dəstək olur.