Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis təyin edilib

12 iyl 2024, 15:26
Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis təyin edilib

Ədliyyə nazirinin müvafiq əmri ilə Cahangir Hacıyev Nazirliyin İnsan resursları idarəsinə rəis təyin edilib. 
Cahangir Hacıyev 1978-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 

Liderxeber.az xatırladır ki, 1994-cü ildə əmək fəaliyyətinə başlayan Cahangir Hacıyev müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında YUNESKO mərkəzinin müdiri, Rəhbər kadrların ixtisasının artırılması fakültəsinin dekan müavini vəzifələrində çalışıb. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində və Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. 

2012-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar, İnsan resurslarının idarəedilməsi, Elektron sənəd dövriyyəsi şöbələrində müdir müavini vəzifələrində çalışıb. 

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi”, 10 may 2023-cü il tarixdə isə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi” yubiley medalları ilə təltif edilib.