Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Nazirlik Bakıda çörək sexinin fəaliyyətini dayandırıb

11 iyl 2024, 14:26
Nazirlik Bakıda çörək sexinin fəaliyyətini dayandırıb

Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsində yoxlama aparılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri işlənib hazırlanmadığı, bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmaması və quraşdırılmış yanğınxəbərverici siqnalizasiya qurğusu isə işlək vəziyyətdə olmaması məlum olub.

Həmçinin məlum olub ki, obyektdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt yanğın su hovuzu ilə təmin edilməyib.

"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib",- deyə məlumatda qeyd edilib.