Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

“Bakı Fond Birjası”nın xalis zərəri 44 % artıb

10 iyl 2024, 15:43
“Bakı Fond Birjası”nın xalis zərəri 44 % artıb

“Bakı Fond Birjası” QSC (BFB) 2023-cü ili 368 min manat xalis zərərlə başa vurub.

Liderxeber.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 43,8 % çoxdur.

Ötən il BFB-nin vergiyəqədərki zərəri 448 min manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 80 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə BFB-nin aktivləri 11,262 milyon manat olub ki, bu da illik müqayisədə 5,7 % azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 8,7 % azalaraq 1,308 milyon manata, balans kapitalı isə 5,2 % azalaraq 9,954 milyon manata düşüb.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.