Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Universitetə sənəd qəbulu tam rəqəmsallaşır

10 iyl 2024, 14:54
Universitetə sənəd qəbulu tam rəqəmsallaşır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən universitetə sənəd qəbulunun rəqəmsallaşdırılması prosesinə dəstək göstərib.

Liderxeber.az xəbər verir ki, belə ki, bu tədris ilindən etibarən Azərbaycan Texniki Universitetinə qəbul olan şəxslərdən sənədlər tam rəqəmsallaşdırılmış formada tələb olunacaq. “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti Elm və Təhsil Nazirliyinin portal.edu.az platforması üzərindən baş tutacaq. Prosesinin rəqəmsallaşması zamanı müvafiq altsistemlərə inteqrasiya və məlumtların ötürülməsi “digital.bridge” üzərindən həyata keçirilib.  

Bu təşəbbüslə AzTU-ya bakalavr, magistr və doktorantura səviyyəsində daxil olan şəxslərin sənəd qəbulu zamanı heç bir kağız daşıyıcıya ehtiyac qalmayacaq. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Texniki Universiteti ilə birgə atdığı bu addımın məqsədi “Kağızsız hökumət”ə keçidin sürətlənməsi, rəqəmsallaşmanın imkanlarından istifadə etməklə vətəndaşlar üçün əməliyyatların sadələşdirilməsidir.

Qeyd edək ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (“digital.bridge”) fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir. Sistem dövlət informasiya ehtiyatları və sistemlərində müvafiq sahə üzrə toplanan məlumatların sistemliyini təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə yaradılıb.