Son Xəbərlər
Yanvarın 24-də Azərbaycan Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət
Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra fiskal
Hesablama Palatası ı "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında
Keçən il qadınlarla bağlı törədilən cinayətlərin ümumi sayında 47 fakt azalma
Siyəzən rayonuna yeni prokuror təyin edilib. Liderxrber.az xəbər verir ki, bu
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-li həmkarı Donald Trampla təmasa
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi
banner

Azərbaycanda bu ilin I yarısında inflyasiya 0,7% olub

10 iyl 2024, 13:41
Azərbaycanda bu ilin I yarısında inflyasiya 0,7% olub

Bu ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 101,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2 faiz, qeyri-qida məhsulları üzrə 101,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Liderxeber.az-a verilən məlumata görə, 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz təşkil edib.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun, bahalaşma isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verib.

Məlumata görə, 2024-cü ilin iyun ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,2 faiz təşkil etmişdir. İyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma parçaların, yay geyimlərinin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verib.

2024-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil etmişdir. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.