Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Taksidə kondisioner üçün əlavə 1 manat da verməliyik?

09 iyl 2024, 15:12
Taksidə kondisioner üçün əlavə 1 manat da verməliyik?

Taksilərdə, avtobuslarda, ümumiyyətlə ictimai nəqliyyatda havalandırma sistemi yayda da, qışda da sərnişin və sürücü arasında problem yaradan məsələlərdən biridir.

Bəzən taksi sürücüləri kondisioneri işə salmaq üçün sərnişindən əlavə 1 manat da istəyir.  Bu məsələ zaman-zaman müzakirə olunmağına baxmayaraq, həllə də həllini tapmayıb.

Elə bugünlərdə sosial şəbəkədə paylaşılan görünrüdə də sərnişinin kondisioneri qoşmadlğına görə sürücüyə iradı əks olunub.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında bildirib ki, bütün sərnişin daşıyan şirkətlər, o cümlədən sürücülər sərnişinlərin rahat və təhlükəsiz daşınmasını həyata keçirməyə borcludurlar və bu onların birbaşa vəzifəsidir:

Eldəniz Cəfərov: Yay mövsümündə ictimai nəqliyyatda kondisionerlərin işləməsi məcburidir

Onun sözlərinə görə, sürücülər sərnişindaşınmada tenderdə qalib gələrkən bu şərtlər onların qarşısına müvafiq qurumlar tərəfindən qoyulur və onlar da həmin şərtlərlə razılaşırlar:

“Həmçinin taksidə də sərnişindaşınma ilə məşğul olan sürücülər də bununla bağlı müvafiq qurumların öhdəlikləri ilə razılaşırlar, onların çalışdığı taksi şirkətlərinin qarşısında da bu tələblər qoyulur”.

Ekspert qeyd edib ki, yay mövsümündə ictimai nəqliyyatda kondisionerlərin işləməsi məcburidir:

“Bu, istər ekonom, istər komfort bütün sinif taksilərə aiddir. Bunların hamsında yayda kondisioner qışda isə isitmə sistemi işləməlidir”.

Eldəniz Cəfərov vurğulayıb ki, bunun üçün sürücü sərnişindən əlavə xərc tələb edə bilməz.