Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub

09 iyl 2024, 12:49
Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub

Bu il iyulun 10-da Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti 13-cü iclası keçiriləcək.

Bu barədə Liderxeber.az-a Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyindən məlumat verilib.

“Sabah, iyulun 10-da Daşkənddə Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək”, - məlumatda qeyd olunub.

Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovdur.

Xatırladaq ki, Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 12-ci iclası 2023-cü ildə Şuşada keçirilib. Həmin iclasda sənaye kooperasiyasının inkişafı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən regionlararası və mədəni-humanitar əlaqələrin inkişafı məsələləri müzakirə edilib.