Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Kapital Bank-ın dəstəyi ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı keçiriləcək

08 iyl 2024, 17:17
Kapital Bank-ın dəstəyi ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı keçiriləcək

Texnologiya həvəskarları və startap ideası olan hər kəsin nəzərinə, Kapital Bank-ın dəstəyi, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Bakı şəhərində "iFest-İnnovasiya və Texnologiya" Festivalı baş tutacaq.

Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, builki festival COP29-a həsr olunacaq və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı altında keçiriləcək.

Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər və minimal mümkün məhsul (MVP) mərhələsinə çatan startaplar öz stendləri ilə iştirak edəcəklər. Həmçinin, yerli və xarici vençur fondları və mələk investorları da festivalda təmsil olunacaqlar. Festival 23 iyul 2024-cü il tarixində keçiriləcək.

Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlərin keçirilməsi planlaşdırılır ki, bunlara startapların təqdimatı, investor görüşləri, startap forumu, texnologiya şirkətlərinin və startapların sərgisi, eləcə də əyləncəli şou proqramlar daxildir.

Qeyd edək ki, “iFest-İnnovasiya və Texnologiya” festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır. Festivalda gənclər, texnologiya həvəskarları və startapla maraqlanan hər kəs iştirak edə bilər. Qeydiyyat üçün: https://ifest.az/qeydiyyat/

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.