Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Çinin Azərbaycana investisiya qoyuluşu 1 milyard dollara yaxınlaşıb

08 iyl 2024, 11:25
Çinin Azərbaycana investisiya qoyuluşu 1 milyard dollara yaxınlaşıb

1995-2023-cü illərdə Çin Azərbaycana 930,8 miyon ABŞ dolları birbaşa investisiya yatırıb.

Liderxeber.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.

Onun sözlərinə görə, bunun 754,1 milyon ABŞ dolları neft-qaz, 176,7 milyon ABŞ dolları isə qeyri-neft-qaz sektoruna yatırılıb.

"Hazırda ölkəmizdə 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir", - deyə icraçı direktor qeyd edib.

"Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin yanvar -may aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 26 % artaraq 1,3 milyard ABŞ dolları təşkil edib", - deyə Y.Abdullayev əlavə edib.