Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

FHN Sumqayıtda təlim keçirdi - Video

06 iyl 2024, 12:22
FHN Sumqayıtda təlim keçirdi  - Video

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhəri ərazisində yerləşən SOCAR-ın “Azərikimya” İB “Etilen-Polietilen” zavodunun 30 nömrəli neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində yanğın-taktiki təlim keçirilib.

Liderxeber.az xəbər verir ki, “Neft məhsulları saxlanılan rezervuar parklarında yanğınların söndürülməsi” mövzusunda keçirilən təlimin əsas məqsəd tezalışan məhsulların saxlanıldığı çənlərdə və açıq texnoloji qurğularda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsidir.

Bununla yanaşı bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı zavodda baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu isə ərazidən “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin ümumilikdə 12 ədəd texnika və 60 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.