Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq?

04 iyl 2024, 11:56
Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq?

Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun sayının artırılacağı barədə bəzi sosial şəbəkələrdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutu üzrə gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçirilir.

"Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılır. Hazırda bu istiqamətdə sərnişin sıxlığı müşahidə edilmir. Sərnişinlər biletləri onlayn qaydada "biletim.az" portalından və avtovağzalların kassalarından əldə edə bilirlər", - deyə qurumdan məlumat verilib.