Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib

03 iyl 2024, 16:34
Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib

Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib.

Liderxeber.az xəbər verir ki, konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.

Rinologiyanın inkişafına Dəstək və Azərbaycan Otorinolaringologiya cəmiyyətlərinin birgə həyata keçirdiyi Konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunub. Belə ki, Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi, buruna Dolğu Botoks prosedurlarının icrası, fəsadlaşmalar, fəsadlaşmalardan qaçınma yolları bütün incəliklərinə qədər müzakirə edilib.

Konqresin 1-ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən - Rinoplastika (ErenTaştan) və Endoskopik Sinus Cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olmuşdur. Konqresdə dünyaca məşhur Professor Eren Taştan ilk dəfə Azərbaycanda Rinoplastika fəlsəfəsi və canli cərrahiyyə kursu verib. O, rinoplastika əməliyyatını incəlikləri haqda çıxış etmiş və canlı əməliyyat, əməliyyat texnikaları əməliyyatxanadan birbaşa izlənib.

Azərbaycanın təcrübəli həkimləri, eləcə də Türkiyənin məhşur universitet və klinikalarının professor-müəllim heyətinin qatıldığı konqresdə cərrahlar və mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşüblər.

Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı iştirakçılar qarşısında burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmaları və s. məqamları əhatə edən master-klass keçib.

Qeyd edək ki, konqres Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunub.