Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Məzahir Pənahov seçici siyahılarının dəqiqləşməsi ilə bağlı tapşırıq verib

02 iyl 2024, 17:01
Məzahir Pənahov seçici siyahılarının dəqiqləşməsi ilə bağlı tapşırıq verib

Seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər yekunlaşmalıdır.

Liderxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsini mütəmadi aparsa da, seçkiyə 25 gün qalmışa qədər başa çatdırılmalıdır:

"Seçicinin səsvermə hüququnun reallaşdırması mütləqdir. Kiminsə adı obyektiv və ya subyektiv səbəbdən siyahıya düşməyibsə, bütün məntəqələrə müvafiq tapşırıq verilməli, əlavə siyahıya daxil edilməlidirlər. Kiminsə müraciət etməsi, amma səsverməyə imkan yaradılmaması faktı hələ olmayıb".