Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Sertifikasiyada 58 bal toplayan müəllim: - "Uğurumu şagirdlərimə hədiyyə edirəm"

01 iyl 2024, 18:45
Sertifikasiyada 58 bal toplayan müəllim: - "Uğurumu şagirdlərimə hədiyyə edirəm"

İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində yüksək bal toplayan müəllimlərin sırasında 136 nömrəli orta məktəbin müəllimi Gülşən Əliyeva da var.
 
Liderxeber.az-a açıqlamasında Gülşən Əliyeva bildirib ki, 21 ildir müəllim işləyir və buna baxmayaraq imtahanlara ciddi şəkildə hazırlaşıb:
 
“Təbii ki, bilik və bacarıqlarımızın artırılması üçün hər gün çalışmalıyıq. Çünki müasir təhsil sistemi yeniliklər tələb edir”.
 
Test imtahanı mərhələsində 58 bal toplayan Gülşən Əliyeva bu uğurunu şagirdlərinə hədiyyə etdiyini də qeyd edib:
 
“Mən bu uğurumu şagirdlərimə hədiyyə edirəm. Düşünürəm ki, hər bir müəllimin həyatda ən böyük qazancı cəmiyyətə fayda verə biləcək insanlar yetişdirməkdir”.