Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti azalıb

01 iyl 2024, 16:48
İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti azalıb

2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti azalıb.

Liderxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, 2023-cü ilin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti 57 953 200,0 manatdan 53 253 200,0 manata endirilib.

Eyni zamanda, işsizlikdən sığorta üzrə sığorta haqlarının 179 976 800,0 manatdan 184 676 800,0 manata qaldırılıb. Bu, qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta üzrə sığorta haqlarının 134 600 000,0 manatdan 139 300 000,0 manata qaldırılması hesabına təmin ediləcək.

Beləliklə, İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaitində 4 700 000 manat azalma və qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta üzrə sığorta haqlarının 4 700 000 manat artırılması nəticəsində İşsizlikdən sığorta fondunun gəlir və xərcləri dəyişməyib.