Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir

30 iyn 2024, 09:59
Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Liderxeber.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır.

Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.