Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Sumqayıt Tibb Mərkəzi məişət zorakılığı ilə mübarizə çərçivəsində maarifləndirici tədbirləri davam etdirir

29 iyn 2024, 20:07
Sumqayıt Tibb Mərkəzi məişət zorakılığı ilə mübarizə çərçivəsində maarifləndirici tədbirləri davam etdirir

Sumqayıt Tibb Mərkəzi (STM) məişət zorakılığı ilə mübarizə çərçivəsində maarifləndirici tədbirləri davam etdirir.
Liderxeber.az xəbər verir ki, növbəti belə tədbir STM-nin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) təşkilatçılığı ilə dislokasiya ərazisində yaşayan bir qrup Hacı Zeynalabdin qəsəbəsi sakininin iştirakı ilə keçirilib.
"Məişət zorakılığının uşaqlara təsiri və zorakılığın acı nəticələri" mövzusunda təşkil olunan tədbirdə 7 nömrəli ASM-nin baş həkimi Vüsalə Cavadzadə çıxış edərək bu tip maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
ASM-nin ailə həkimi-pediatr Səadət Soltanova "Ailədaxili zorakılığın uşaqların sağlamlığına mənfi təsirləri” mövzusundan geniş bəhs edib və bununla bağlı aparılan mübarizə tədbirlərinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Rəşad İldırımzadə isə "Məişət zorakılığının hüquqi aspektləri” mövzusu ilə bağlı çıxış edib. R. İldırımzadə məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb.
Psixoterapevt Dürdanə Məmmədova "Məişət zorakılığının uşaqların psixikasına mənfi təsirləri və onun reabilitasiyası” mövzusundan geniş bəhs edib. Qeyd edib ki, məişət zorakılığının cəmiyyət üçün ən ağır fəsadlarından biri də psixoloji travma almış uşaqlardır. O, belə uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında reabilitasiyanın önəmli faktor olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı hazırlanmış bukletlər paylanıb.