Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

“Bakcell” Şuşada yeni mağazasını təqdim etdi - Fotolar

28 iyn 2024, 20:25
“Bakcell” Şuşada yeni mağazasını təqdim etdi - Fotolar

"Bakcell"in yeni brend strategiyasına uyğun innovativ mağazasının açılışı bu dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutdu.

Yeni açılmış Şuşa mağazası Laçın və Xankəndi filialları ilə birlikdə “Bakcell”in Qarabağ bölgəsindəki sayca 3-cü mağazasıdır.

“Hədəfimiz, yeni brend kimliyimizi təqdim edərkən abunəçilərimizə verdiyimiz vədə sadiq qalmaqdır. Odur ki, biz, bundan sonra da innovasiya və yeni məhsullarımızı Azərbaycanın hər bir bölgəsində, xüsusən də, Qarabağda təqdim edəcəyik. Məsələn, biz ötən ay abunəçilərimizə ölkədəki ən sürətli sabit ev internetini təqdim etdik. Yaxın günlərdə isə, Wifi üzərindən zəng xidmətini dəstəkləyən VoWifi və bir sıra yeni məhsulumuzu abunəçilərimizin ixtiyarına verməyi planlaşdırırıq” - deyə “Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller Şuşa mağazasının açılışı zamanı qeyd edib.

Şuşa şəhərinin İstiqlaliyyət küçəsində yerləşən yeni “Bakcell” mağazası ziyarətçilərə tam yeni brend təcrübəsi yaşadacaq bir məkandır. Burada abunəçilər ehtiyacları olan ənənəvi xidmətlərlə yanaşı, “Bakcell”in yeni xidmətləri, “high-tech” və “AI” dəstəkli məhsullar haqqında məlumat əldə edə bilərlər. Mağazada əməliyyatları keyfiyyətli şəkildə və sürətlə həyata keçirməyi təmin edən növbəli keçid sistemi və elektron guşə də yerləşdirilib.

Xatırladaq ki, “Bakcell” ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE, eSİM və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.