Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Ceyms O’Brayn: Azərbaycan Avropa üçün mühüm qaz təchizatçısıdır

28 iyn 2024, 17:36
Ceyms O’Brayn: Azərbaycan Avropa üçün mühüm qaz təchizatçısıdır

Azərbaycan Avropaya qaz tədarükünü şaxələndirən mühüm təchizatçıdır.

Liderxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

“Bu, hazırda Rusiyadan asılılığını azaltmağa və ya aradan qaldırmağa, o cümlədən tədarükləri şaxələndirməyə çalışan Avropa ölkələri üçün çox vacibdir”, - o vurğulayıb.

“Azərbaycan Avropa üçün çox mühüm təbii qaz tədarükçüsüdür. O, səkkiz ölkəyə qaz nəql edir və yaxın gələcəkdə daha dörd dövlətə qaz tədarük etməyi planlaşdırır. Bu, vacib buferdir. Avropa ölkələri Rusiya qazından imtina ediblər. Bir çox ölkələrdə Rusiyadan qaz tədarükünün faizinin sıfıra endiyini görürük. Gözləyirəm ki, gələn il Rusiyadan Moldovaya uzanan cənub boru kəmərlərindən biri Rusiya qazının tranzitini dayandırdıqda, tədarük daha da azalacaq”, - o qeyd edib.

Onun sözlərinə görə, bu, Rusiyanı Avropa üzərində mühüm siyasi təsir rıçaqlarından məhrum edir: “Azərbaycan mayeləşdirilmiş təbii qaz tədarük edən ABŞ, Qətər və digər ölkələrlə birlikdə bu keçidi həyata keçirmək üçün Avropanın ehtiyac duyduğu dayanıqlığın təmin edilməsində əsas rol oynayır”.