Son Xəbərlər
Qazaxıstana ezam edilən Azərbaycanın dövlət rəsmiləri Aktauda AZAL-a məxsus
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190"
Dekabrın 25-də və ertəsi gün Yerdə maqnit qasırğaları olacaq. Liderxeber.az-ın
İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin
Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Prezidenti Vladimir Putinə
Çeçenistan rəhbəri Ramzan Kadırov Aktauda baş verən təyyarə qəzası ilə bağlı
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Prezidenti İlham
Aktauda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar
banner

Tarix yazan Müzəffər Ordu!

27 iyn 2024, 10:36
Tarix yazan Müzəffər Ordu!

106 il öncə çoxəsrlik tariximizdə ən mühüm hadisələrdən biri baş verdi. Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Şərqdə ilk demokratik Cümhuriyyətin öz Silahlı Qüvvələrinin təsis edilməsi ilə bağlı qəbul etdiyi qərar böyük hadisədir.

O zaman qəbul edilmiş qərarlar və bu istiqamətdə həyata keçirilən bir çox tədbirlər hazırki Şanlı ordumuzun formalaşmasında təməl oldu. Lakin 1920-ci il 28 aprel tarixində Sovet imperiyasının təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi bu istiqamətdə həyata keçirilən işləri yarımçıq qoydu. Yalnız milli ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində yeni mərhələyə qədəm qoydu. İlk mərhələdə hərbi kadrların hazırlanması bu prosesin aparıcı istiqamətini təşkil etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.  Dahi Lider bütün təzyiq və məhrumiyətlərə rəğmən qısa zaman ərzində - 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi mütərəqqi addımlar sonrakı proseslərdə də öz uğurlu nəticələrini göstərdi.

Lakin Azərbaycan öz müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, vətəndaş qarşıdurması baş verdi, Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Ancaq qədirbilən Azərbaycan xalqı öz xilaskarını yaxşı tanıyırdı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk öncə nizami ordu quruculuğu prosesini reallaşdırmaq və eyni zamanda ölkədə sabitliyə nail olmaq üçün 1994-cü il 12 may tarixində cəbhədə atəşkəsə nail oldu. Eyni zamanda qeyd etməliyik ki, Ümummilli Lider ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra bu dövrə qədər cəbhədə ancaq məğubiyyətlə üzləşən hərbi birləşmələrimizin bir neçə uğurlu əməliyyatlara imza atmasına nail ola bilmişdi. Lakin dahi şəxsiyyət gözəl bilirdi ki, cəbhədə güclər nisbəti tamam fərqlidi. Beynəlxalq birliyin birtərəfli mənfur siyasətini gözəl başa düşən Ulu Öndər belə bir anda vaxt qazanmağın daha məqsədəuyğun olduğunu gözəl başa düşürdü. Məhz düşmənlə atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda güclü və nizami ordu formalaşdı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Bu dövr ərzində beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu.

Artıq Azərbaycan ordusu cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən tədbirləri sayəsində tamamilə yeni bir mərhələyə qədəm qoyub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlı qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daima ön planda saxlanıldı. Məhz prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilərək, Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer aldı.

O ordu ki, 44 günlük Vətən müharibəsində böyük şucaət və qəhrəmanlıq göstərərək şanlı Zəfərə imza atdı. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı bu Şanlı qələbə təkcə Azərbaycan tarixinin deyil, eyni zamanda dünya hərb tarixinin qəhrəmanlıq səhifəsini təşkil edir!.

Cavid Babayev;
Neftçala rayonu, ehtiyatda olan hərbçi